Product Image

Yad et məni

Əzizə Cəfərzadə
Haqqında

“Şirvan” seriyalı trilogiyanın üçüncüsü – “Yad et məni” romanı Əzizə Cəfərzadənin bu mövzuda çap olunan sonuncu kitabıdır. Birinci “Vətənə qayıt” romanında müəllif göstərirdi ki, xalqımıza yadelli işğalçılardan sülh, əmin-amanlıq lazımdır. “Aləmdə səsim var mənim” adlı ikinci romanda göstərirdi ki, Azərbaycanın Rusiya tərkibinə daxil edilməsindən sonra artıq sülh əldə edilmişdir, indi xalqımıza maarifl ənmək lazımdır. “Yad et məni” isə XX əsrin əvvəllərində, inqilab illərində xalqımızın həyatı və mübarizə tarix çəsinə həsr olunmuşdur. Trilogiyada ayrıca qəhrəman yoxdur, hər üç əsərin bircə qəhrəmanı vardır ki, o da Azərbaycan xalqıdır. Onu da yaddan çıxarmayaq ki, birinci kitabda Nişat Şirvani, ikinci kitabda Seyid Əzim Şirvani, üçüncü kitabda Səhhət və Sabir kimi dövrünün qabaqcıl münəvvər  sənətkarları diqqət mərkəzində durmuşlar.

12.00 ₼

Dil: Azərbaycan
Səhifə sayı: 344
Nəşr ili: 2026
Ölçü: 135mm x 200mm
ISBN: 9789952852530
Yaş Kateqoriyası: 16+

2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.

Şərhlər (0)

Bu kateqoriyaya aid kitablar