1995-ci il martın 8-də Azərbaycanda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Daha sonra Erciyes Universitetində jurnalistika üzrə magistr, Anadolu Universitetində isə jurnalistika üzrə doktorluq təhsili alıb. Doktorluq dissertasiyasının mövzusu “İkinci Qarabağ müharibəsi ilə bağlı xəbərlərin Türkiyə yazılı mətbuatında araşdırılması: “Sözcü” və “Yeni Şafak” qəzetləri nümunəsi” olub.
Tələbəlik illərindən mətbuatda fəaliyyət göstərməyə başlayıb. 2014–2016-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Jurnalist” qəzetində redaktor işləyib. 2019–2022-ci illərdə İstanbulda “Yediveren” nəşriyyatında multimedia mütəxəssisi kimi çalışıb. “Şərq”, “525-ci qəzet” kimi mətbuat orqanları ilə uzaqdan əməkdaşlıq edib.
Media savadlılığı, müharibə jurnalistikası, media etikası və Qarabağ mövzusu ilə bağlı elmi araşdırmaların müəllifidir. “Dinozavr Yarışları” uşaq kitabları seriyasının, “Tələbə qəzetlərinin tipoloji xüsusiyyətləri: “Jurnalist” qəzetinin fəaliyyət prinsipləri” adlı elmi kitabın həmmüəllifidir. Müxtəlif yerli və beynəlxalq elmi jurnallarda məqalələri dərc olunub.