Fəzilə Əsgərova 1976-cı ildə Bakıda anadan olub, 1993-2000-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin Təcüməçilik fakültəsinin Bakalavr və Magistr dərəcələrini bitirib. İlk əmək fəaliyyətinə sinxron tərcüməçi kimi başlayaraq Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlarda Azərbaycan, rus və ingilis dilləri üzrə sinxron tərcüməçi kimi çalışmışdır. Onun tərcümə etdiyi məşhur simalar arasında Madlen Olbrayt, Roma Papası Jan Pol (Azərbaycana səfəri zamanı), BMT-nin Azərbaycan üzrə rezident koordinatoru Marko Borsotti, UNİCEF-in rəhbəri Hana Singer, İtaliya, Niderland, İraq, Özbəkistanın səfirləri, Niderlandın Fövqəladə Hallar naziri, Baş naziri və digər səlahiyyətli şəxslər və siyasi liderlər vardır.
İnsan Resursları sahəsindəki karyerasına 2002-ci ildən başlayan Fəzilə Əsgərova 14 il bank sektorunda işləyərək Azərbaycan Mikromaliyyə Bankı və Rabitəbankda İnsan Resursları departamentlərinə rəhbərlik edib. Fəzilə Ə. işlədiyi bütün şirkətlər və təşkilarlarda İR transformasiyaları, dəyişikliklərin idarə olunması proseslərinin təşəbbüskarı olmaqla bu proseslərin birbaşa iştirakçısı olub.
FəziləƏsgərova əldə etdiyi nailiyyətləri və təcrübəni 2005-ci ildən bugünə qədər ölkənin bir çox təlim mərkəzlərində biznes təlimləri keçirməklə (müəllif 200-dən çox təlimlərin müəllifidir) müxtəlif korporativ auditoriyalarla bölüşməkdədir.
Fəzilə Əsgərovanın təlim coğrafiyası Rusiya, Qazaxstan, Gürcüstan, Yaxın Şərq, Türkiyəni əhatə edir.
2014-cü ildə Bakı Avropa Oyunları layihəsində İnsan Resursları Əməliyyatları üzrə rəhbər olub. Eyni ildə Fəzilə Əsgərova Beynəlxalq İR şirkətinin regionda keçirdiyi müsabiqədə “İlin İR Peşəkarı” və “Ən böyük komandaya rəhbərlik” nominasiyalarının qalibi seçilmişdir.
2015-ci ilin sonundan etibarən neft və qaz sektoruna keçid etməklə bir neçə beynəlxaq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Fəaliyyət göstərdiyi şirkətlərdə Fəzilə Əsgərova İR strategiyalarının qurulması, komanda idarəçiliyi, təşkilati inkişaf və liderlik bacarıqlarının inkişafı sahəsində uğurlu layihələrə imza atıb.
Sonuncu iş yerində Fəzilə Ə. NES Fircroft şirkətinin (neft və qaz sektorunda fəaliyyət göstərən qlobal işəqəbul agentliyi) Azərbaycan və Gürcüstan ölkələri üzrə ölkə direktoru vəzifəsində işləyib.
Hal-hazırda Fəzilə Ə. İR Transformasiyası və Liderlik üzrə Biznes məsləhətçi kimi fəaliyyətini davam etdirməklə Azərbaycanın müxtəlif Universitetlərində tələbələrlə görüşərək və onlara erkən karyera və fərdi brendin formalaşdırılmasl istiqamətində dəyərli məsləhətlər verir.