Hvanq Borım – Cənubi Koreyalı yazıçı və esseistdir. Kompüter elmləri üzrə təhsil alıb və bir müddət proqram mühəndisi kimi çalışdıqdan sonra yazıçılığa yönəlib. Onun yaradıcılığında kitablar, oxumaq, gündəlik həyat, insan münasibətləri və insanın özünə uyğun həyat axtarışı əsas mövzularındandır.
Hvanq Borımın ilk romanı “Hyunam-donq Kitab evi”dir. Cənubi Koreyada böyük oxucu marağı qazanıb və sonradan bir çox ölkədə nəşr olunub. Əsər 2024-cü ildə Yaponiyada “Bookstore Awards” mükafatının tərcümə olunmuş bədii əsərlər kateqoriyasında birinci yerə layiq görülüb.