Fəaliyyətimiz

MİMTA Yayımları olaraq milli və dünya ədəbiyyatının parlaq nümunələrini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə fəaliyyət göstəririk. Hər bir layihəmiz, tariximizə, mənəvi dəyərlərimizə və oxucularda estetik zövqün formalaşmasına xidmət göstərir.

  1. Nəşriyyat fəaliyyəti İstər yerli, istərsə də xarici ədəbiyyat nümunələrini nəşr etməklə oxuculara dəyərli əsərlər təqdim edirik. Dünya ədəbiyyatından seçilmiş əsərləri Azərbaycan dilinə çevirərək bilik mübadiləsini təşviq edirik. Elmi, maarifləndirici və publisistik əsərlərlə cəmiyyətin intellektual inkişafına töhfə veririk.
  2. Jurnal və dövri nəşrlər “Füyuzat” jurnalı – Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ideoloji qatını təmsil edən, araşdıran, milli ruhu yaşadan bir nəşr. “İşıq” jurnalı – Mətbuat tariximizin ilk qadın mətbu orqanı kimi cəmiyyətimizdə qadınların roluna önəm verən, onların maariflənməsinə xidmət göstərən nəşr.
  3. Tərcümə və lokalizasiya Dünya yazarlarının əsərlərini Azərbaycan oxucusuna çatdırmaq üçün yüksək keyfiyyətli tərcümələr həyata keçiririk. Tarixi və mədəni dəyərlərimizi təmsil edən kitabları xarici dillərdə təqdim etməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtmağa çalışırıq.
  4. Maarifçilik və sosial layihələr müxtəlif mədəniyyətləri aşılamaq üçün müxtəlif tədbirlər, sərgilər və təqdimatlar təşkil edirik. Kitabxanalar üçün xüsusi tədbirlər hazırlayaraq bilik və mədəniyyətin daha geniş yayılmasına töhfə veririk.
  5. Rəqəmsal fəaliyyət və onlayn platformalar Kitablarımızı daha geniş auditoriyaya çatdırmaq üçün audiokitab formatlarını təqdim edirik. Onlayn platformalar vasitəsilə oxucularla daha interaktiv və yaxın ünsiyyət qururuq.

Biz inanırıq ki, bilik paylaşıldıqca böyüyür. MİMTA Yayımları olaraq hər nəşrimizlə, hər layihəmizlə bu inamı yaşadır və gələcək nəsillərə ötürürük.