Cəngavər qətiyyətli idi! Əcdadları kimi əjdahaların izinə düşüb onlarla döyüşəcək və necə cəsur olduğunu hamıya sübut edəcəkdi. Amma bu yeni əfsanəni yazmaq üçün əvvəlcə bir əjdaha tapmalı idi. Qırmızı Əjdaha da qətiyyətli idi. Əcdadları kimi mağarasından ayrılmayıb digər əjdahaları insanlardan qorumalı idi. Vaxtı gələndə isə cəngavərlə döyüşüb odlu nəfəsi ilə onu kül edəcəkdi. Amma bunun üçün hələ bir insan onun mağarasının yerini tapmalı idi. Amma Cəngavər və Əjdaha üz-üzə gələndə heç nə düşündükləri kimi olmayacaqdı. Fərqliliyə hörmətlə yanaşmağı, yanlış təsəvvürləri qırmağı, dostluğu, yaxşılığı özündə daşıyan əsrarəngiz bir səyahət hekayəsi oxumağa hazır olun…
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz