1988-ci ildə Yozqatın Sorğun rayonunda anadan olub. Liseyi bitirdikdən sonra Dəməşqdə ərəb dili təhsili alıb. 2010-cu ildə jurnalist fəaliyyətinə başlayıb. Suriya başda olmaqla, Yaxın Şərq və Afrikanın bir çox ölkəsində hərbi müxbir kimi çalışıb. Ədəbiyyata kiçik yaşlarından maraq göstərməyə başlayıb. Jurnalistlik peşəsi ilə yanaşı, bədii mətnlər də qələmə alıb. Yazı və hekayələri müxtəlif jurnal və qəzetlərdə dərc olunub.