İradə Qədirova 15 mart 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. İxtisasca tarixçidir. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini ali dərəcədə bitirmişdir.
2010-cu ildən səyahət fəaliyyətinə başlamışdır. Səyahətləri zamanı səfər etdiyi ölkələrin tarixi, mədəniyyəti və etnoqrafiyasına xüsusi önəm verir. 4 kitab müəllifidir. 2022-ci ildə “Əfşan: İran boyu uzanan tək səyahətim”, 2023-cü ildə “Eşqin izi ilə”, 2024-cü ildə “Dünya Vətəndən başlayır”, 2025-ci ildə “Səninləyəm” kitabları çıxmışdır.
Eyni zamanda peşəkar fotoqrafdır. Ölkə və beynəlxalq fotomüsabiqələrdə mühüm yerlər qazanmışdır. 3 beynəlxalq xarakterli fotosərginin müəllifidir.