Bu nəşr XVIII əsr Şərq tarixinin ən mühüm siyasi simalarından biri olan Nadir şah Əfşarın şəxsiyyəti və siyasi fəaliyyətinin Avropa və Rusiya yazı mənbələrində necə təsvir edildiyinin və şərh olunduğunun analitik təhlilinə həsr olunmuşdur. Əsərdə Nadir şah haqqında onun sağlığında və ölümündən dərhal sonra qələmə alınmış Avropa tarixşünaslığı sistemli və tənqidi yanaşma əsasında araşdırılır. Nəşrin əsas elmi yeniliyi Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq iki mühüm rus diplomatik mənbənin Azərbaycan dilinə tərcümə edilərək elmi dövriyyəyə daxil edilməsindən ibarətdir. Nəşr Nadir şah Əfşarın siyasi irsinin obyektiv şəkildə öyrənilməsi üçün etibarlı mənbə bazası formalaşdırmaqla yanaşı, erkən yeni dövrdə Şərq–Qərb münasibətlərinin tarixşünaslıq aspektlərinin araşdırılması baxımından da əhəmiyyətli elmi töhfə kimi dəyərləndirilə bilər.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz