Vüqar Heybət oğlu Adilov 1980-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Orta təhsilini Xaçmaz və Bakı şəhərlərində almışdı. Bakı Dövlət Universitetinin məzunudur.
Vüqar Adilov ixtisasca müəllimdir. 2005-ci ildən bəri Azərbaycan dili və ədəbiyyatın tədrisi ilə məşğuldur. Bir çox kurslarda, imtahan mərkəzlərində fəaliyyət göstərmişdir. Hal-hazırda Kaspi liseyinin müəllimidir.
Abituriyentlərlə işləyən Vüqar müəllim onlar üçün nəzərdə tutulmuş vəsaitlərin müəllifi və ya həmmüəllifidir.
Vüqar Adilov 2010-cu ildən başlayaraq, publisistik yazıları ilə mətbuatda çıxış etmişdir. Publisistik yaradıcılığının olduqca böyük hissəsi “Füyuzat” jurnalı ilə bağlıdır. Bu jurnalın səhifələrində yer alan yazıları toplanaraq MİMTA tərəfindən “Görünməyən gerçəklər” adı ilə nəşr olunmuşdur.