Ölkə və dünya tarixşünaslıq elmində ilk dəfə tədqiq edilən mövzunun araşdırılması Aran Səlcuqlu məlikliyi (1093-1119) və Aran Atabəyliyinin (1119-1153) siyasi, hərbi, dini-mədəni və sosial-iqtisadi tarixini öyrənmək məqsədi güdür. Mərkəzi Gəncə olan hər iki siyasi təşəkkül 60 illik tarixində Böyük Səlcuq imperiyası və İraq Səlcuqlu dövləti daxilində cərəyan edən hadisələrə istiqamət verərək bölgənin ən böyük siyasi, hərbi və mədəni gücü olub. Monoqrafiyada dövrün siyasi hadisələri ilə yanaşı, dövlət təşkilatı, sosial-iqtisadi munasibətlər sistemi, atabəylər dövründə Azərbaycan əhalisinin tərkibi və sayı, mədəniyyəti, xüsusilə də hərb tarixi təhlil edilir. Əsər tarixcilər, tarix həvəskarları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz