Cənubi koreyalı yazıçı Hvanq Borımın “Hyunam-donq kitab evi” romanının qəhrəmanı Yonqcu həyatın amansız tempindən, bitmək bilməyən rəqabətlərdən bezir və uşaqlıq arzusunu yerinə yetirir: kitab mağazası açmaq. Yonqcu roman boyu bu suallarla üzləşir: Kitab satıcısı bəyənmədiyi kitabları satmalıdırmı? Bir müştəriyə hansı meyara əsasən kitab tövsiyə edilməlidir? Kitab mağazasını ticari məkandan mədəni məkana necə çevirmək olar? “Hyunam-donq” kitab evi kitabların insanı dəyişdirə, yaralarını sağalda və həyata yenidən bağlaya biləcəyini xatırladan təsirli bir romandır.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz