Kitab Azərbaycanda ilk qadın mətbuatı “İşıq” qəzetinin indiyə qədər əldə olunan saylarının transliterasiya olunmuş toplusundan ibarətdir. Burada qəzetin 22 yanvar 1911-ci il – 21 aprel 1912-ci il tarixləri arasında nəşr edilən 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912-ci ildə olmaqla) toplanmışdır. Toplu, mətbuat tarixi, XX-ci əsrin əvvəllərində Azərbaycanda qadın hüquqları, dövrün sosial-ictimai vəziyyəti və s. məsələləri araşdıran tədqiqatçılar, həmçinin qadın və ailə mövzusu ilə maraqlanan hər kəs üçün dəyərli bir qaynaqdır.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz