Bu kitabda Səlcuqlu dövrünün ən mötəbər ədəbi-tarixi abidələrindən olan “Siyasətnamə”dən seçmə hekayələr toplanıb. Böyük Səlcuqlu vəziri Xacə Nizamülmülkün bu ölməz əsərində türk-islam dövlətinin idarə sistemini, vergi qaydalarını, hərbi quruluşunu, təhsil, mədəniyyət və bir sıra başqa qayda-qanunlarını öyrənmək istəyənlərə zəngin məlumat verilir. Kitabda yer alan hekayələrdə, əsasən, cəmiyyət və kütlənin idarə edilməsində ədalət prinsipinin önəminə diqqət çəkilir.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz